NİDA Gənclər Hərəkatının fəalı saxlanılıb

Xəbərin çap versiyası
Tarix: 22-06-2023, 15:29


İyunun 21-də axşam NİDA Gənclər Hərəkatının fəalı Elmir Abbasov saxlanılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə NİDA Gənclər Hərəkatı məlumat verib.

"Elmirin doğmalarının məlumatına görə, dünən axşam saat 22:00-a yaxın o, anasına zəng edib deyib ki, evə gəlir, marketdən bir şey almaq lazımdırmı? Ancaq evə gəlməyib və onunla əlaqə kəsilib. Bu gün məlum olub ki, Elmiri saxlayıblar ", - Hərəkatdan Turan-a bildiriblər.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətində Abbasovun saxlanılmasını Turan-a təsdiqləyiblər.

"Elmir Abbasov ictimai asayişin pozulması ilə əlaqədar saxlanılıb, araşdırma aparılır", - nazirlikdən bildiriblər.

Lakin onun tərəfdaşları hesab edirlər ki, Abbasov Facebook-da polisi sərt tənqid etdiyinə görə saxlanılıb.

"Elmir dərc etdiyi statusda iyunun 20-də etiraz aksiyası zamanı Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinə qarşı polis zorakılığını kəskin tənqid edib", - Hərəkat nümayəndəsi deyib.

Elmir Abbasov bundan əvvəl də həbs edilib. 2021-ci ilin fevralında narkotik maddələrdən qanunsuz istifadə ittihamı ilə 30 sutka həbs edilib. O zaman müxalifətçilər onun həbsini hakimiyyətin tənqidilə əlaqələndirmişdilər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz