Bir yük maşını vəziyyəti ciddi şəkildə dəyişə bilməz - NİKOL PAŞİNYAN
Tarix: 14-09-2023, 15:35
"Yerevan Bakının sülh sazişi ilə bağlı təkliflərinə ağlabatan müddətdə cavab verəcək".
Civilazerbaijan.com bildirir ki, bunu sentyabrın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Sülh region ölkələrinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə təminat verə biləcək yeganə amildir. Bu baxımdan Dağlıq Qarabağda humanitar böhranının aradan qaldırılması aktual vəzifə olaraq qalır", - Baş nazir açıqlamasında deyib.
O həmçinin qeyd edib ki, sərhəddə vəziyyət gərgin olaraq qalır və Azərbaycan Ermənistanla sərhəd boyunca və Dağlıq Qarabağda təmas xəttinə qoşun və texnika cəmləşdirməkdə davam edir.
Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, bir gün əvvəl Əsgərandan daxil olan bir humanitar yük maşını vəziyyətə təsir göstərə bilməz.
O eləcə də qeyd edib ki, hazırda "Dağlıq Qarabağın nümayəndələri Laçın dəhlizinin qeyri-qanuni blokadasının aradan qaldırılması ilə bağlı müzakirələrdə iştirak edirlər".
Paşinyan bu konteksdə Azərbaycanla etibarlı beynəlxalq dialoq mexanizminin yaradılmasına ümid etdiyini və bunun Yerevan tərəfindən müsbət qarşılandığını vurğulayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər