Xaçmazda körpü uçub, yaralananlar var

Xəbərin çap versiyası
Tarix: 15-09-2023, 12:43


Sentyabrın 15-də səhər saatlarında Xaçmaz rayonunda Qudyalçay çayından keçən avtomobil körpüsü uçub.

Civilazerbaijan.com
bildirir ki, FHN-in məlumatına görə, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü uçub.

Körpünün uçması nəticəsində iki nəfər xəsarət alıb, onlar xilas edilərək "təcili yardım" briqadasına təhvil verilib.

Yerli sakinlərin sözlərinə görə, bir avtomobil körpüdən çaya düşüb, maşının içində olanların vəziyyəti məlum deyil, Turanın məlumatında qeyd olunur.

Hazırda Rusiya sərhədi istiqamətində avtomobillərin hərəkəti dayandırılıb. Görünür, sərhəd istiqamətində və əks istiqamətdə hərəkət qonşu Quba şəhərindən keçən alternativ yola keçiriləcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz