Samvel Şahramanyan Qarabağdakı qondarma rejimin buraxılması barədə fərman imzalayıb
Tarix: 28-09-2023, 11:26
Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.
Civilazerbaijan.com bildirir ki, bu barədə qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyan fərman imzalayıb.
“Mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, Artsax xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq Azərbaycan Respublikasının nümayəndələri ilə şərtlənir ki, Dağlıq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir”, – deyə sənəddə bildirilir.
Fərmanda “Dağlıq Qarabağın Konstitusiyası”na istinadən qərara alınıb ki, 2024-cü il yanvarın 1-dək hökumətin tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “Dağlıq Qarabağ (Artsax) Respublikası” öz fəaliyyətini dayandırsın.
Fərmanda bildirilir ki, Dağlıq Qarabağın əhalisi, o cümlədən respublikadan kənarda yerləşənlər bu fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər