Avropa İnsan Hüquqları Məhkəməsindən Azərbaycanla bağlı daha bir QƏRAR

Xəbərin çap versiyası
Tarix: 21-06-2024, 00:01


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 20-də Azərbaycanla bağlı daha bir qərarını elan edib.

Civilazerbaijan.com
bildirir ki, məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.

“Fariz Namazlı Azərbaycana qarşı” – işində ərizəçi hüquqşünasdır, vəkil kimi çalışır. Şikayəti həbsxana rəhbərliyinin onun şəxsi həyatına və özəl yazışmalarına hörmət hüququna müdaxilə etməsi ilə bağlıdır.

2018-ci ilin avqustunda o, Avropa Məhkəməsindəki işini müzakirə etmək üçün müvəkkili Ə.H.-nin həbsdə olduğu Qobustan həbsxanasına gedib. Ərizəçi iddia edib ki, müvəkkili ilə görüşə icazə verilməzdən əvvəl onun üzərində axtarış aparılıb, sənədləri yoxlanılıb. Həbsxananı tərk edəndə ərizəçinin üzərində yenidən axtarış aparılıb. İddiasına görə, müvəkkilinin ona verdiyi yazılı izahat mühafizəçilər tərəfindən götürülüb və ona qaytarılmayıb.

Ərizəçi Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 13-cü (effektiv hüquqi müdafiə hüququ) maddələrinə əsaslanaraq, üzərində axtarış aparılmasının, xüsusilə, sənədlərinin yoxlanılmasının, götürülməsinin qanunsuzluğundan və milli məhkəmələrin onun şikayətlərini mahiyyəti üzrə araşdırmamasından şikayət edib.

AİHM işdə şəxsi həyata hörmət hüququnun pozuntusunu tanıyıb, digər pozuntu iddialarını araşdırmağa ehtiyac görməyib.

Meydan TV-nin məlumatında qeyd olunur ki,qərara əsasən, hökumət vəkilə 4,539 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödəməlidir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz