Putin təkdir, amma biz birlikdəyik - LLYOD OSTİN
Tarix: 23-11-2023, 16:01
ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, müttəfiqlər və tərəfdaşlar Ukraynanı dəstəkləməlidirlər.
Civilazerbaijan.com bildirir ki, bu barədə o, Pentaqonda Ukraynanın müdafiəsi üzrə əlaqə qrupunun 17-ci iclasında çıxış edərkən danışıb.
"Biz bu gün və uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməyə sadiq qaldığımızı dünyaya xatırladırıq... Bizim heç birimiz Putin kimi xuliqanların öz dinc qonşusunun toprağına hücum edib cəzasız qalacağı dünyada yaşamaq istəmir", - Ostin deyib.
"Biz ölkə daxilindəki güc repressiyasına arxalanan və xaricdən təzyiq altında olan avtokratların qlobal təhlükəsizliyi onların modellərinə görə formalaşdırmağı diqtə etməsinə icazə verməyəcəyik", - o bildirib.
Pentaqon rəhbəri bildirib ki, koalisiya Rusiyanın təcavüzkar müharibəni davam etdirməsindən qorxmur.
"Putin tək qalıb, amma biz birlikdə dayanırıq və Ukraynada azadlıq qüvvələrini dəstəkləməyə davam edəcəyik".
Ümumilikdə, Ukraynanın müdafiəsi üzrə əlaqə qrupuna daxil olan ölkələr 2022-ci ilin fevralında Putinin hücuma başlamasından bəri Kiyevə təhlükəsizlik yardımı üçün 20 milyard dollardan çox vəsait ayırıblar. Austin qeyd edib ki, bu yardım "lazım olduğu qədər" davam edəcək, Turan-ın Vaşinqton müxbiri məlumat verib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər