Qərb yenidən sübut edəcək ki, Putin haqlı deyil - BLİNKEN

Xəbərin çap versiyası
Tarix: 21-12-2023, 12:57


ABŞ yenidən bəyan edib ki, Ukraynanın azadlığını və müstəqilliyini dəstəkləmək, Rusiyanın təcavüzünün strateji uğursuzluq olaraq qalması üçün dünya ölkələrini birləşdirməyə davam edəcək, dövlət katibi Blinken söyləyib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

"Putin hesab edir ki, bizim fikir ayrılıqlarımız Ukraynanın uğur qazanmasına mane olacaq. Biz artıq sübut etdik ki, o haqlı deyil və bunu bir daha sübut edəcəyik", - çərşənbə günü mətbuat konfransında Blinken deyib.

"Putin düşünür ki, "gənc rusiyalıları “ət maşınına” göndərərək bizi sındırmaq strategiyası özünü doğruldacaq".

Blinken əlavə edib: "Putinlə yalnız bir şeydə razıyam: Ukraynanın cəsur əsgərlərinin və vətəndaşlarının öz mübarizəsini davam etdirə bilməsi, Rusiya üçün müharibənin strateji uğursuzluq olaraq qalmasını təmin etməsi üçün Amerikanın davamlı dəstəyi həlledici əhəmiyyət daşıyır".

"ABŞ azad, açıq, firavan və təhlükəsiz dünya haqqında baxışımızı bölüşənlərlə çiyin-çiyinə dayanmağa davam edəcək, Amerika xalqının maraqları məhz bunu tələb edir".

"Putin Ukraynadakı əsas məqsədinə çata bilmədi: onu xəritədən silmək, Rusiyanın tərkibinə daxil etmək. Çətin bir il idi, amma ukraynalılar heç kimin inanmadığı bir şeyi etdilər: dünyanın ən böyük ordularından birinə qarşı çıxdılar, Rusiyanın çoxsaylı hücumlarına baxmayaraq, ərazilərini vermədilər, Rusiya donanmasını Qara dənizdə sıxışdırdılar və öz taxıllarını ixrac etməyə imkan verən dəhliz açdılar"
, - Blinken deyib.

"Rusiya hərbi, iqtisadi və diplomatik cəhətdən daha zəifdir, NATO isə demək olar ki, 75 illik tarixində hər zamankındən daha böyük, güclüdür və sıx birləşib".

"Bu il NATO-ya 31 – ci üzvümüzü, Finlandiyanı əlavə etdik və tezliklə İsveç də Alyansa qoşulacaq ki, bu da bizim müdafiə alyansını daha da gücləndirəcək"
, - o deyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz