Tbilisidə "xarici agentlər haqqında" qanuna qarşı etiraz aksiyaları davam edir

Xəbərin çap versiyası
Tarix: 16-04-2024, 14:55

Foto açıq mənbələrdən götürülüb

Aprelin 15-də axşam Tbilisidə etiraz aksiyasının 14 iştirakçısı saxlanılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Gürcüstan DİN məlumat verib.

Parlament binasının qarşısında etiraz aksiyası səhər, parlamentin hüquqi komitəsi "xarici agentlər haqqında" qanun layihəsini nəzərdən keçirərkən başlayıb. Saat 22:00 radələrində komitə qanun layihəsini qəbul edib.

On minlərlə aksiya iştirakçısı bu "Rusiya" qanununu qəbul etməməyi tələb edirdilər və dağılmaqdan imtina edirdilər. Aksiyanın təşəbbüskarı QHT və vətəndaş cəmiyyəti nümayəndələri idi. Bu gün parlamentin plenar iclası başladığı zaman onlar yenə toplaşacaqlar.

Ötən il martda kütləvi etirazlar fonunda bu qanun layihəsi geri çəkilmişdi. Həmin vaxt hakimiyyət "xarici donorların Gürcüstanda radikal qruplara və partiyalara ayrılan gizli maliyyə vəsaitini artırdığını" bildirmişdi.

Aparıcı müxalifət partiyaları və nüfuzlu QHT-lər iddia edirlər ki, "xarici agentlər haqqında" qanun Gürcüstanın dostlarını və düşmənlərini bir cərgəyə qoyur, QHT-ləri etiketləyir və ölkənin Aİ-yə inteqrasiyasına mane olur.

Avropa İttifaqı, o cümlədən Aİ-nin ayrı-ayrı ölkələri, ABŞ, BMT, NATO və Avropa Şurası Gürcüstan hakimiyyətini bu qanun layihəsindən imtina etməyə çağırıb.

Ölkə prezidenti Salome Zurabişvili qanun qəbul edilsə, ona veto qoyacağını bildirib, Turan İA-nın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz