Ədəbiyyat üzrə Nobel mükafatına amerikalı Louise Elisabeth Glück layiq görülüb

Xəbərin çap versiyası
Tarix: 9-10-2020, 13:07
Ədəbiyyat üzrə Nobel mükafatına amerikalı Louise Elisabeth Glück layiq görülüb


Amerikalı şair Louise Elisabeth Glück bu il ədəbiyyat üzrə Nobel mükafatına layıq görülüb.

CivilAzerbaijan.com
bildirir ki, İsveç Akademiyası Glückun “sərt gözəlliyi ilə insan varlığını universal hala gətirən bir şeir səsinin” olduğunu deyərək, onun sənətini yüksək qiymətləndirib.

Glück şerlərdən ibarət 12 kitabın müəllifidir.

Louise Elisabeth Glück 22 aprel 1943-cü ildə Nyu Yorkda, Avstriya-Macarıstandan ABŞ-a miqrasiya etmiş yəhudi mühacir ailəsində anadan olub. Sarra Lourens Kollecində və Kolumbiya Universitetində oxuyub, lakin heç birindən diplom almayıb.

Massaçusets ştatının Vilyamstaun şəhərindəki Vilyams kollecində, Yel, Boston və Ayova universitetlərində, həmçinin, Vermont ştatındakı Qoddard kollecində ingilis dilindən dərs deyib.

2004-cü ildən Yel Universiteti ilə əməkdaşlıq edir. Universitetin adyunkt-professorudur. 2014-cü ildən Amerika Fəlsəfə Cəmiyyətinin üzvüdür.

Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının üzvü, 1999-cu ildən Amerika Şairlər Akademiyasının kansleridir. 2000-ci ildə Massaçusets Texnologiya İnstitutunun yubiley medalı ilə təltif edilib. 2001-ci ildə Bollingen Şeir Mükafatının qalibi olub. ABŞ-ın Poet-laureatıdır (2003-2004). Buna qədər isə 1999-cu ildə Konqres Kitabxanasının iki yüzilliyi üçün xüsusi məsləhətçi idi. 2008-ci ildə Volles Stivens mükafatının qalibi olub.

Bundan başqa Louise Elisabeth Glück nüfuzlu Pulitser mükafatının poeziya üzrə qalibidir. 2015-ci ildə ABŞ-ın Milli Humanitar Medalının kavaleridir.

Massaçusets ştatınının Kembric şəhərində yaşayır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz