Şarl Mişel - Kişinyovdakı görüş hazırlıq xarakteri daşıyırdı

Xəbərin çap versiyası
Tarix: 2-06-2023, 00:04


“Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin bugünkü görüşündə may ayında keçirilən son görüşdə qaldırılan bütün məsələlər müzakirə edilib: hüquqlar məsələsi, sülh müqaviləsi, sərhədlərin delimitasiyası. Bugünkü görüş Brüsseldə iyulun 21-də baş tutacaq növbəti görüşümüzə hazırlıq idi”.


Civilazerbaijan.com
bildirir ki, bunu Kişinyovda keçirilən beştərəfli görüşün sonunda jurnalistlərə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel söyləyib.

Cənab Ş. Mişel deyib: “Biz fəal işləyirik və Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün bütün müsbət addımları dəstəkləmək niyyətindəyik”.

O, həmçinin əlavə edib ki, oxşar beştərəfli görüş Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti sammitində də baş tutacaq.

O, Əliyevlə Paşinyanın bu gün nə barədə razılığa gəldiyini açıqlamayıb.

Azərbaycan və Ermənistan liderlərinin özləridə hələ ki görüşün yekunları ilə bağlı açıqlama verməyiblər, Turanın məlumatında qeyd olunur.

Qeyd edək ki, Əliyevlə Paşinyan görüşünə paralel olaraq Kişinyovda iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan da qeyri-rəsmi görüş keçirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz