Hüquqşünas: Ermənistan Hacıbala Abutalıbovun və Hafiz Hacıyevin fikirlərinə istinad edir

Xəbərin çap versiyası
Tarix: 19-10-2021, 14:58


“Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə şikayəti təbliğat xarakteri daşıyır. Şikayətdə ciddi əsaslanıdırılmış hansısa bir tələblər yoxdur”.

CivilAzerbaijan.com
bildirir ki, bunu hüquqşünas Fuad Ağayev Beynəlxalq Ədalət Məhkəməsində Ermənistan və Azərbaycanın qarşılıqlı şikayətləri barədə sualları cavablandırarkən Meydan TV-yə deyib.

Oktyabrın 18-də Beynəlxalq Ədalət Məhkəməsində keçirilən prosesdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov qarşı tərəfə ittihamlar səsləndirib. Məlumatı Azadlıq Radiosu yayıb.

E. Məmmədov Ermənistanı “etnik təmizləmədə” və Azərbaycan ərazisində hətta atəşkəs razılaşmasından sonra da minalar basdırmağı davam etməkdə günahlandırıb.

O, minaların yerləşdirilməsini Ermənistanın Azərbaycana qarşı onilliklərdir apardığı etnik təmizləmə kampaniyasının davam etdirilməsi kimi dəyərləndirib.

Fuad Ağayev isə Ermənistan tərəfinin iddialarını əsassız sayır: “Təsəvvür edin ki, qarşı tərəfin şikayətində sabiq icra başçısı Hacıbala Abutalıbovun, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin mətbuatda nə vaxtsa söylədiklərinə istinad edilir. Yəni onların şikayətləri bu kimi arqumentlərlə zəngindir və o dövrləri əhatə edirlər ki, həmin illərdə hər iki ölkə müstəqil deyildi. Həm də istənilən halda o zaman baş verən hadisələr Beynəlxalq Ədalət Məhkəməsinin predmeti ola bilməz”.

“Ermənistan məhkəməyə müraciət etməzdən əvvəl “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Konvensiyanın 22-ci maddəsinə uyğun olaraq tələbkar tərəf digər tərəflə danışıqlar aparılması, yaxud İrqi Ayrı-seçkiliklə Mübarizə Komitəsinə müraciətlər edərək bu mübahisənin sözülməsi üçün bütün zəruri hərəkətlər etməli idi. Amma Ermənistanın şikayətinin mətnindən də görünür ki, bu hərəkətlər edilməyib. Böyük ehtimalla deyə bilərəm ki, qarşı tərəfin şikayətinin gələcəkdə qəbuledilməz sayılması perspektivi mövcuddur”, - Fuad Ağayev belə deyib.

O qeyd edib ki, Ermənistanın şikayətində əsas tələb əsir saydıqları şəxslərina azad olunmasıdır: “İndiki mərhələdə, ümumiyyətlə, şikayətə baxılmamış bunu şərt kimi qoyurlar. Məhkəmənin belə bir qərar qəbul edəcəyinə inanmıram. Çünki bu tələb üçün hüquqi əsas yoxdur və başlıcası Ermənistan tərəfinin əsir adlandırdığı şəxslər Azərbaycan ərazisində hərbi əməliyyatlar dayandırılıqdan sonra saxlanılıblar. Ona görə onların əsir adlandırılması hüquqi baxımdan çox qüsurlu yanaşmadır”.

Ermənistan tərəfinin məhkəmədəki nümayəndəsi Yeğişe Kirakosyan isə Azərbaycan tərəfinin iddialarını rədd edib və onları “qondarma və özünü təmizəçıxarma cəhdi” adlandırıb.

Y.Kirakosyan Azərbaycanı 1990-cı illərin əvvəllərində həmin ərazilərdə yüz minlərlə mina yerləşdirməkdə ittiham edib.

“Azərbaycan tərəflər arasında “saxta bərabərlik təsəvvürü” yaratmağa və özünü qurban kimi təqdim etməyə çalışır”, - deyə o bildirib.

Oktyabrın 14 və 15-də məhkəmə Ermənistanın Azərbaycana qarşı analoji iddiasına baxıb. Qərarın bir ay yarım ərzində açıqlanacağı deyilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz