Putin Brüssel görüşünə qədər Ermənistan-Azərbaycan müqaviləsini imzalatmaq istəyir?

Xəbərin çap versiyası
Tarix: 22-11-2021, 16:38


Avropa Şurasının sədri Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə regionda yaranmış vəziyyətə dair telefonla danışıqlar aparıb.

Civilazerbaijan.com
bildirir ki, Şarl Mişellə söhbətdən sonra Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığı sammitində görüşməyə razılaşıblar.

Paşinyan niyə Moskvada Əliyev və Putinlə görüşdən imtina edib və Brüsseldə Əliyevlə görüşməyə razılaşıb? Görüşün formatı və vasitəçisi əhəmiyyət kəsb edir, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş direktoru, politoloq Fərhad Məmmədov belə hesab edir. O, Turan-a müsahibəsində Moskva və Brüssel formatları arasında Qarabağ probleminin yekun nizamlanmasında tərəfdaşlıq uğrunda rəqabətə dair fikirlərini bölüşüb.

2020-ci ilin noyabrından 2021-ci ilin noyabrına qədər bir il ərzində üç liderin (Əliyev, Putin, Paşinyan) imzaladığı iki bəyanat Moskvanın inhisarçılıq mövqeyi idi və problemin həllində siyasi irəliləyişə gətirib çıxarmayıb. ABŞ və Fransa ATƏT MQ vasitəsilə öz töhfələrini verməyə çalışıblar, amma Rusiya inhisarı onların öz iştirakları olmadan qəbul edilmiş iki bəyanatı təsdiq etməkdən daha irəli getməsinə imkan verməyib, deyə Məmmədov bildirib.

Bu il ərzində Azərbaycan-Ermənistan münasibətlərində digər iştirakçılar da ortaya çıxıb – ABŞ və Gürcüstan diversiyaçıların minalanmış sahələrin xəritələri ilə dəyişdirilməsinə şərait yaradıb, payızda İran öz töhfəsini verməyə çalışıb. Amma Moskva yeganə real vasitəçi olaraq qalırdı, belə ki, Azərbaycanlıların və ermənilərin müxtəlif hökumət formatlarında işgüzar görüşləri onun iştirakı ilə keçirilirdi. İşgüzar qruplarda danışıqlar iki istiqamətdə aparılırdı: kommunikasiyaların açılması və sərhədlərin müəyyən edilməsi.

Məmmədov hesab edir ki, qarşısına hadisələrin yeganə hakimi olmaq məqsədi qoyan Moskva dekabrın 15-nə qədər bu istiqamətlərdə sənədlərin qəbulu üçün görüş təşkil edə bilər. Beləliklə, Brüssel isə Əliyev və Paşinyanın formal görüş yeri olacaq.

Məmmədovun müşahidələrinə görə, Paşinyan danışıqlar prosesinin Rusiyanın inhisarından çıxmasında maraqlıdır. O, danışıqları Rusiya formatından çıxarmağa və ATƏT MQ-yə daşımağa, “Rusiya və Türkiyənin rolunu azaltmağa və vaxt qazanmağa çalışır”.

Politoloq bu yaxınlarda sərhəddə döyüşlərin baş verdiyi günlərdə ABŞ və Fransa liderlərinin Paşinyana zəng etmədiyinə, Aİ sədrinin fəallıq göstərdiyinə diqqət çəkib.

“Azərbaycana ən yaxın zamanda Ermənistan tərəfindən ərazi bütövlüyünün tanınması – sərhədlərin delimitasiyası və demarkasiyası; Naxçıvana gedən yolların – Zəngəzur dəhlizinin açılması; Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşdiyi zonadan çıxarılması lazımdır. Buna hansı vasitəçinin iştirakı ilə nail olunacağı mühüm məsələdir. Əsas odur ki, Ermənistan buna razılaşsın. Yerevan Moskvanın vasitəçiliyi ilə qərarlar qəbul etmək istəmirsə, Rusiya isə müttəfiqinə təzyiq göstərməkdə perspektiv görmürsə, Aİ-nin vasitəçiliyi yerinə düşər. Əsas odur ki, nəticə olsun. Bunun üçün Ermənistan lideri ilə ikitərəfli görüş əhəmiyyətlidir, bu görüş konstruktiv spiral üçün müsbət məzmun işləyib hazırlamağa imkan verəcək”, deyə Məmmədov bildirib.

O, 30 il ərzində Ermənistanla münasibətlərimizin təcrübəsinə diqqət çəkir: bütün qərarlar müstəsna olaraq Azərbaycanın güc tətbiq etməsindən sonra qəbul edilib. Ermənilərin prosesi yubatması və qarışdırması yeni döyüşlərə gətirib çıxaracaq. Bunun üçün Bakının 20-yə yaxın diversiyaçının əsir götürülməsi zamanı nümayiş etdirdiyi hərbi qüvvəsi var.

Bakının həmçinin MDB sammitində Paşinyanın konstruktiv çıxışından sonra avans olaraq 5 diversiyaçını təhvil verdiyi zaman şahidi olduğumuz qeyri-hərbi alətlərdən istifadə imkanı da var.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz